Maşın hasara çırpıldı - Sürücü öldü

Qəzalar 6 Oktyabr 2015 11:29 Oxunub 1161
Maşın hasara çırpıldı - Sürücü öldü
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücünü maşından çıxarmaq üçün xilasedicilər gəlib

Bakıda gecə ağır yol qəzası olub. Avtosfer.az criminal.az-a istinadən xəbər verir ki, saat 02 radələrində Nərimanov rayonu ərazisində ''Mercedes'' markalı avtomobil sürücünün idarəetməsindən çıxaraq yol kənarındakı daş hasara çırpılıb. Qəza zamanı sürücü Elnur Həsənov hadisə yerində dünyasını dəyişib, maşında olan bir nəfər sərnişin isə ağır xəsarət alıb. Qəza zamanı sürücünü maşından çıxarmaq üçün xilasedicilər gəlib. Onların sayəsində sürücünün cansız bədəni avtomobilindən çıxarılıb. Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh