Ən son “BMW” modellərini azərbaycanlı hazırladı - FOTOLAR

Avtobazar 27 İyun 2014 01:35 Oxunub 5782
Ən son “BMW” modellərini azərbaycanlı hazırladı - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Gənc dizayner hazırladığı yeni avtomobil modellərinin müəlliflik hüququnun rəsmləşdirməyə çalışır

Cəlilabad sakini 28 yaşlı Elsevər Cananov qeyri-adi bacarığa sahibdir. Uşaq vaxtından rəssamlığa marağı olsa da, 5 ildir ki, öz bacarığını avtomobillər üzərində sınamağa başlayıb. Daha çox Almaniya istehsalı olan “BMW” avtomobillərinin hələ indiyə kimi istehsal olunmayan qeyri-adi modellərini hazırlayıb. Gənc dizayner hazırladığı avtomobil modellərinin fotolarını internet vastəsilə “BMW” group şirkətinin Almaniyadakı nümayəndəliyinə də göndərib. Şirkətdən Elsevər Cavanova müsbət cavab verilsə də, ondan hazırladığı yeni avtomobil modellərin çertiyoju üçün yaşadığı ölkədə müəlliflik hüququ barəsində lazımı sənədlərin təqdim olunması tələb olunub. Bu məqsədlə gənc dizayner hazırladığı yeni avtomobil modellərinin müəlliflik hüququnun rəsmləşdirilməsi üçün Dövlət Müəllif Hüquqluğu Agentliyinə də müraciət edib. Gələcəkdə bu oğlan ən son “BMW” avtomobillərin qeyri-adi modellərini hazırlayan ilk həmyerlimiz kimi tarixə düşəcək. Anspress

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh