Qadını əri öldüyü yerdə maşın vurdu

Qəzalar 6 Oktyabr 2015 12:33 Oxunub 1199
Qadını əri öldüyü yerdə maşın vurdu
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hürü Yıldızın həyat yoldaşı 7 il əvvəl elə bu yerdə faciəli şəkildə ölüb

Türkiyənin Maraş əyalətində 75 yaşlı qadın ərinin öldüyü yerdə dünyasını dəyişib.

Avtosfer.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Hürü Yıldız adlı qadını küçədə yolu keçmək istəyərkən maşın vurub. Qadın aldığı xəsarətlərdən yerindəcə dünyasını dəyişib.

Hürü Yıldızın ölümünün qəribəliyi ondan ibarətdir ki, 7 il əvvəl elə bu yerdə onun həyat yoldaşı Abdulla Yılmaz avtomobil qəzasında faciəli şəkildə ölüb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh