Daşkəsəndə avtomobil dərəyə aşıb, sürücü ölüb

Qəzalar 6 Oktyabr 2015 13:28 Oxunub 1186
Daşkəsəndə avtomobil dərəyə aşıb, sürücü ölüb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Daşkəsən rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır

Daşkəsən rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, oktyabrın 5-nə keçən gecə Daşkəsən rayonunun Alaxançallı kəndində kənd sakini Zakir Məmmədov idarə etdiyi “UAZ” markalı avtomobili yolun kənarında dərəyə aşırıb. Nəticədə o, hadisə yerində ölüb.

Daşkəsən rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh