Şirvanda "QAZ-24" 27 yaşlı qadını vurdu

Qəzalar 6 Oktyabr 2015 23:51 Oxunub 1273
Şirvanda "QAZ-24" 27 yaşlı qadını vurdu
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı Şirvan polis şöbəsində araşdırma aparılır

Şirvanda "QAZ-24" 27 yaşlı qadını vurub. APA-nın məlumatına görə, hadisə axşam saatlarında Şirvan şəhərinin H.Əliyev adına prospektə baş verib. Şirvan sakini, 1979-cu il təvəllüdlü Hüseynov Anar Əlimərdan oğlunun idarə etdiyi QAZ-24 markalı 10 LM 255 dövlət nömrə nişanlı avtomobillə yolu keçən Sabirabad rayonu Nizami kənd sakini, 1988-ci il təvəllüdlü Hüseynova Aygün Rövşən qızını vurub. Nəticədə sonuncu ağır bədən xəsarətləri-çanaq sümüyünün sınığı diaqnozu ilə Şirvan şəhər xəstəxanasına yerləşdirilib. Faktla bağlı Şirvan polis şöbəsində araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh