Xaçmazda iki avtomobil toqquşub, xəsarət alan var

Qəzalar 7 Oktyabr 2015 13:48 Oxunub 1124
Xaçmazda iki avtomobil toqquşub,  xəsarət alan var
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Bu gün səhər saatlarında Xaçmaz rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az xəbər verir ki, bu barədə apa-nın şimal bürosunun verdiyi məlumata görə, Gəndob-Yalama yolunun 46-cı km, Xudat şəhərinin 4-cü şöbə ərazisində Xaçmaz şəhər sakini, 1972-ci il təvəllüdlü Poladov Xanlar Paşa oğlunun idarə etdiyi “VAZ 21053” markalı, 10 HP 852 dövlət nömrə nişanlı avtomaşınla Siyəzən rayonu, Yenikənd kəndində yaşayan 1973-cü il təvəllüdlü  Mahmudov Kamran Heydər oğlunun idarə etdiyi “QAZ 3110” markalı, 10 LF 431 dövlət nömrə nişanlı maşın toqquşub. Nəticədə “VAZ 21053” markalı maşının sürücüsü müxtəlif bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırmalar davam etdirilir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh