Prezident yol hərəkəti qaydalarını pozdu - FOTO

Qaydalar 7 Oktyabr 2015 14:05 Oxunub 4244
Prezident yol hərəkəti qaydalarını pozdu - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Lukaşenko təhlükəsizlik kəmərini taxmadığına görə cərimə oluna bilər

Belarus prezidenti Aleksandr Lukaşenko yol hərəkəti qaydalarını pozduğu üçün yol polisi tərəfindən cərimə oluna bilər. Modern.az saytı Belarus KİV-nə istinadən xəbər verir ki, paytaxt Minskdə dairəvi yolun açılışında iştirak edən Lukaşenko yeni yolu yoxlamaq üçün maşınla şəxsən şütüyüb. Lakin ölkə başçısı hərəkət zamanı Belarus yol hərəkəti qaydalarını pozaraq, sükan arxasında təküləsizlik kəmərini taxmayıb. Faktı sübut edən foto və video görüntülər də artıq internet məkanında yerləşdirilib.

Belarusda təhlükəsizlik kəmərindən istifadə etməyəyə görə tətbiq edilən cərimə məbləği 180 min Belarus rublu (10 ABŞ dolları) təşkil edir.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh