Bir milyonluq maşın öz-özünü belə yandırdı – REAL VİDEO

Avtodünya 8 Oktyabr 2015 02:44 Oxunub 2435
Bir milyonluq maşın öz-özünü belə yandırdı – REAL VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtomobil sürücüsünün görməmişliyi yanğına səbəb olub

Bəlkə də heç kim inanmazdı ki, dəyəri 1 milyon dollar olan hansısa avtomobil öz-özünü yandıra bilər. Lakin Avtosfer.az-ın təqdim etdiyi bu videodan görünür ki, həqiqətən də belə bir hadisə baş verə bilər. Belə ki, Dubayda bahalı avtomobillərin yarışı pis nəticə ilə başa çatır. Bahalı avtomobillərin yolda bir-biri ilə yarışmasından sonra svetoforun qırmızı işığında dayanmış «Lamborghini» markalı avtomobilin sürücüsü özünü ətrafdakıları nümayiş etdirərək dayanmadan qazın pedalını basır. Bu zaman avtomobilin səsgücləndirici qurğusundan alov çıxır. Bu hal bir neçə dəfə təkrar olunur və sonda səsgücləndiricidən çıxan alov avtomobilin yanmasına səbəb olur. Sürücü yanğından gec xəbər tutur. «Lamborghini»nin arxasındakı maşının sürücüsü əvvəlcə sakit dayansa da, sonradan səs-küy salıb avtomobilin yanması barədə xəbər verir. Lakin artıq gec olur. Maşın elə yolun ortasındaca alışıb yanmağa başlayır.

Avtosfer.az həmin hadisənin görüntülərini təqdim edir:

 

Emin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh