Atatürk bu maşınlarda gəzib - FOTOLAR

Avtoxəbər 18 İyun 2014 16:38 Oxunub 1894
Atatürk bu maşınlarda gəzib - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Türk liderin xidməti maşınları bərpa ediləcək

Atatürkün xidməti maşınları təmir ediləcək. Bu barədə Baş Qərərgahdan məlumat verilib. Türk liderin maşınları hazırda onun dəfn edildiyi Anıtqəbirdə saxlanılır. Bərpa ediləcək maşınların arasında üstü açıq 1934-cü il istehsalı "Lincoln", eyni ildə istehsal edilən zirehli "Lincoln" və 1936-cı ildə hazırlanan zirehli "Cadilac" var. Maşınların bərpası xərclərini sığorta şirkətlərindən biri üzərinə götürüb. Maşınlar təntənəli şəkildə restavrasiyaya göndəriliblər. Mərasim maşınların təslim edilməsi protokolunun imzalanması ilə bitib. "Lincoln" markalı maşının ən diqqətçəkən məqamı onun sürətinin 180 km-ə kimi çıxması və 3879 km yol qət etməsi olub. Anspress

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh