Azərbaycanda yerli mühərrik yağı - VİDEO

Texnologiya 8 Oktyabr 2015 22:35 Oxunub 2585
Azərbaycanda yerli mühərrik yağı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Milli Elmlər Akademiyası təcrübə-sənaye zavodu yeniliyə imza atıb

Azərbaycan Milli Elmlər Akademiyası təcrübə-sənaye zavodu yeniliyə imza atıb. Əgər bugünə kimi sürücülər yalnız xarici ölkə istehsali olan mühərrik yağlarından istifadə edirdilərsə, bundan sonra yerli istehsal olan dizel mühərrik yağlarından da istifadə edə biləcəklər. Azərbaycanda dizel mühərrik yağı istehsalına başlanılıb.

Milli Elmlər Akademiyası Təcrübə-Sənaye Zavodunda istehsal olunan mühərrik yağları ilkin olaraq yük maşınları, traktorlar, gəmi və teplovozlarda istifadə ediləcək.

Beynəlxalq standartlara cavab verən dizel mühərrik yağları yerli bazarla yanaşı, xarici ölkələrə də ixrac olunur. 1 litrinin qiyməti isə 1 manat 30 - 1 manat 50 qəpik arasındadır.

Yaxın vaxtlarda isə minik avtomobilləri üçün də mühərrik yağlarının istehsalına başlanacaq. Bununla yanaşı, zavodda avtomobillər üçün sürtgü yağları da istehsal olunur.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh