Dərslikdə yol hərəkəti ilə bağlı biabırçı səhv - FOTOLAR
Öyrənək 9 Oktyabr 2015 18:14 2287 dəfə oxunub
Dərslikdə yol hərəkəti ilə bağlı biabırçı səhv - FOTOLAR
Görünür, müəllifin yaşadığı ərazidə iki hərəkət istiqaməti olan yolda yalnız sağdan maşın gəlir

İbtidai sinif üçün nəzərdə tutulan kitabda qəribə səhv aşkarlanıb. Şəkildə yol hərəkət qaydaları əks olunur. Ancaq maraqlısı odur ki, kitabda yol hərəkəti haqda məlumat düzgün verilməyib. Belə ki, şagirdlərə məsləhət olunur ki, iki hərəkət istiqaməti olan yolu keçərkən ilk öncə sağa baxmalıyıq. Daha sonra kitabda qeyd edilir ki, yolun yarısına çatdıqdan sonra orta xəttin üzərində dayanmalıyıq. Sonra isə sağa baxıb avtomobilin yaxınlaşmadığına əmin olmalıyıq. Yalnız bundan sonra yolu keçməliyik. 

Aydındır ki, bu kitabı yazan müəllif səhvə yol verib. O, bu səhvi ya mexaniki edib, ya da onun yaşadığı ərazidə iki hərəkət istiqaməti olan yolda yalnız sağdan maşın gəlir.

Bu cür səhvlər ibtidai siniflərdə təhsil alan uşaqlar üçün həyati təhlükə yarada bilər. Düzgün maariflənməyən balacalar yolu keçərkən bu kitabdakı kimi etsələr çətin ki, sağ-salamat o yolu keçə bilsinlər. Gələcəyimiz olan uşaqları maarifləndirərkən daha diqqətli olmalıyıq.

 

 

Baku.ws

QALEREYA
ŞƏRH YAZ
Ad
E-mail
Şərh