Bu şəhərlərə də sürət qatarlarının hərəkəti vacibdir

Texnologiya 9 Oktyabr 2015 20:44 Oxunub 1925
Bu şəhərlərə də sürət qatarlarının hərəkəti vacibdir
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Millət vəkili Elmira Axundovadan maraqlı təkliflər

Millət vəkili Elmira Axundova Bakı-Sumqayıt sürət qatarı ilə bağlı təkliflər səsləndirib. Deputat Avtosfer.az-a bildirib ki, bu yaxınlarda Bakı-Sumqayıt qatarı işə düşməsi çox mütərəqqi haldır: «Bu nəqliyyat vasitəsi sərnişinlərin daha təhlükəsiz şəkildə mənzilbaşına çatdırılmasına imkan verəcək, bununla da həm Bakı-Sumqayıt yolunda tıxaclar aradan qalxacaq, həm də müəyyən mənada da insan tələfatlarının azalmasına xidmət edəcək. Bu layihənin tez bir zamanda reallaşmasına görə mən həmkarımız Cavid Qurbanova bütün əhali adından təşəkkür edirəm. Həm də təkliflə çıxış etmək istəyirəm ki, bu layihələr davam etdirilsin».

Deputat təklif edib ki, Avropa və Rusiyada olduğu kimi bizim iri şəhərlərimizi, Bakı ilə Sumqayıt, Gəncə, Lənkəran və s. şəhərlərimizi sürətli elektrik qatarları birləşdirsin: «Təsəvvür edin ki, Moskva-Peterburq arasında gedən qatarlar əhalini mənzil başına 4 saata çatdırır, halbuki əvvəllər bunun üçün bütün gecəni yol qət etməli olurdular. Biz də gələcəkdə buna nail ola bilərik. Nəticədə əhali uzun və yorucu, həmçinin təhlükəli avtomobil səyahətlərindən canını qurtarmış olar. Buna görə də gələcək işlərində dəyərli həmkarımıza uğurlar diləyirəm».

 

Elməddin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh