Vəsiqəsi evdə qalan sürücü cərimələnə bilərmi? - VİDEO

Qaydalar 12 Oktyabr 2015 03:09 Oxunub 9316
Vəsiqəsi evdə qalan sürücü cərimələnə bilərmi? - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ekspertlər qanunla belə sürücü cərimələnə bilməz deyirlər

Bəzən olur ki, hansısa sürücü sürücülük vəsiqəsini unudub yola çıxır. Yol polisi onu saxladıqda "sürücülük vəsiqən yoxdur" deyə dərhal cərimə yazır. Əslində bu düzdürmü? Mövzunu əməkdaşlarımız belə halla rastlaşan sürücü və ekspertlərlə araşdırıb.

Sürücü Ramil Şabanov dəfələrlə "sürücülük vəsiqəm var" desə də, polis buna məhəl qoymayıb. Ona "sənədsiz avtomobil sürmək" iddiası ilə cərimə yazıb. Bənzər halla bir çox sürücü kimi bu kişi də üzləşib. Bəs qanunla belə halla rastlaşan sürücüyə cərimə yazılması doğrudurmu? İnzibati xətalar məcəlləsinin 152.2-ci maddəsində göstərilir ki, nəqliyyat vasitəsinin sürücülük hüququ olmadan idaretməyə görə məsuliyyət var. Amma sürücülük vəsiqəsini yanında daşımadığı üçün cərimə yazıla bilməz.

Mövcud texnoloji imkanlarla yol polisləri istənilən avtomobil və sürücü ilə bağlı məlumatı sənədlər olmadan əldə edə bilər. Çünki yol polisi avtomobillərində buna imkan verən kompyuterlər var.

Ekspertin sözlərinə görə, bəzi ölkələrdə sürücülük vəsiqəsi evdə qalan sürücü buna görə ayrılıqda cərimələnir. Qanunda göstərilir ki, yola çıxan istənilən sürücünün üzərində sürücülük vəsiqəsi, avtomobilin qeydiyyat şəhadətnaməsi, əgər avtomobil öz adına deyilsə etibarnamə və sığorta vərəqələri mütləq qaydada olmalıdır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh