Yol polisi qanunsuz evakuasiya zamanı yaxalandı - VİDEO

Avtoxəbər 19 İyun 2014 23:44 Oxunub 4321
Yol polisi qanunsuz evakuasiya zamanı yaxalandı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qanuni iş görürsə niyə protokol yazmır, qanunsuz iş görürsə bəxtini bir də sınasın

Son zamanlar yol polislərinin qanunsuz hərəkətləri barədə informasiyaların sayı artır. Xüsusən də, avtomobillərin evakuaisyası zamanı ortaya çıxan biabırçı mənzərə hər kəsin narazılğını səbəb olur. Avtosfer.az-ın məlumatına görə, belə hadisələrdən biri də iyunun 16-da, paytaxtın Yasamal rayon, Ələskər Ələkbərov küçəsində, «Space» TV-nın yaxınlığında baş verib. Yol kənarında dayanmış «VAZ-2104 markalı avtomobilin evakuasiya olunması ilə bağlı  polis əməkdaşı göstəriş verib. Lakin maraqlısı budur ki, maşının saxlandığı ərazidə park etməklə bağlı hər hansı qadağanedici yol nişanı yoxdur. Maşının evakuatora çıxarılması zamanı sahibinin oraya özünü çatdırması isə polis əməkdaşının geri addım atmasına səbəb olub. Beləliklə, maşının saxlandığı yerdə qadağanedici nişanın olmamasını əsas gətirən sürücü maşınının evakuasiya olunmasının qarşısını alıb.

Qanunvericiliyə görə, evakuasiya zamanı avtomobil hətta evakuatora yüklənmiş vəhiyyətdə olsa belə, sürücü yaxınlaşırsa avtomobil yerə düşürülməlidir. Bundan sonra evakuasiyanı həyata keçirən polis əməkdaşı həmin sürücüyə dayanma-durma qaydalarını pozduğuna görə 20 manatlıq cərimə protokolu yazmalıdır. Amma bu görüntülərdən məlum olur ki, həmin ərazidə dayanma-durmanı qadağan edən yol nişanı yoxdur. Sürücü yaxınlaşdıqda isə polisin göstərişi ilə maşın evakuatordan düşürülür və onlar çıxıb gedirlər. Sual yaranır ki, əgər evakuasiya qanuni idisə nə üçün maşını yerə düşürəndən sonra sürücüyə protokol yazılmadı? Qanunsuz idisə, o zaman bəxtini bir daha sına…

Hadisə yerində olan Avtosfer.az-ın əməkdaşının lentə aldığı videonu sizə təqdim edirik.

 

Nurlan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh

Elcin 10 Noyabr 2014 22:55
Burada qanunsuz hec ne yoxdur piyada kecidinin ustunde saxlayib
Fuad 10 Noyabr 2014 22:55
bu nedirki,polis nece rushvet alir,mtn ishchisi pulla ishe qebul usde pul davasi,olkedeki odurluqlarin usdunu achmaga can yandirmayan polislerin audio-videolari var,bu video gundelik gorduyumuz haldir,hech de teecublu deyil