Yola çəkilən bu oxlar nəyi bildirir? – DOĞRU CAVAB

Yarışma 13 Oktyabr 2015 19:16 Oxunub 1714
Yola çəkilən bu oxlar nəyi bildirir? – DOĞRU CAVAB
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Öyrənək, öyrədək!

Avtosfer.az ötən həftənin sualının doğru cavabını və ilk doğru cavab vermiş oxucumuzun adını təqdim edir. Yol hərəkətinə dair biliklərini sınamaq istəyənlər üçün budəfəki sualımız yolların nişanlanması ilə bağlıdır. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov tərəfindən hazırlanan sual belədir:

Yola çəkilən bu nişanlanma (oxlar) nəyi bildirir?

A) Yolun sağa istiqamətlənən döngəsinin olmasını;

B) Orta zolaqla gedən nəqliyyat vasitələrinin qabaqdakı yolayrıcında sağa dönməsinə icazə verildiyini;

C) Orta zolaqla həmin istiqamətdə hərəkətə icazə verilmiş yol sahəsinin bitəcəyini və sağ zolağa yerdəyişmənin zəruri olduğunu.

Sualın doğru cavabı belədir: Şəkildə orta zolağa çəkilən 1.19 nişanlanması qabaqda həmin zolaqda 1.1 və ya 1.11 xəttinin köməyi ilə hərəkət istiqamətinin əksinə dəyişəcəyini bildirir. Deməli, sualın doğru cavabı “C” variantı olacaq:  Yola çəkilən bu nişanlanma (oxlar) orta zolaqla həmin istiqamətdə hərəkətə icazə verilmiş yol sahəsinin bitəcəyini və sağ zolağa yerdəyişmənin zəruri olduğunu bildirir.

Sualın ilk doğru cavabını Elvir Nağıyev adlı oxucumuz verib. Onu təbrik edirik!

Öyrənək, öyrədək!

 

Avtosfer.az

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh