Bakı şəhər İcra Hakimiyyətinin qarşısında biabırçılıq - VİDEO

Avtoreyd 14 Oktyabr 2015 00:25 Oxunub 3088
Bakı şəhər İcra Hakimiyyətinin qarşısında biabırçılıq - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Şəhərin mərkəzində kütləvi qayda pozuntusu baş verir; yolu bağlayıb park etdilər

Oktyabrın 13-də, saat 21:00 radələrində Bakının mərkəzi küçələrindən biri olan İstiqlaliyyət küçəsində bir qrup sürücü yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq yolu bağlayıblar. Avtosfer.az-ın məlumatına görə, «İçərişəhər» metrostansiyasının qarşısından başlayan bu biabırçılıq Azərbaycan Dövlət İqtisad Universitetinin binasının qarşısınadək davam edib. Təqdim etdiyiimiz videodan da göründüyü kimi, avtomobilləri üç zolaqla park ediblər. Bakı şəhər İcra Hakimiyyətinin qarşısında yol tam bağlanıb. Yolun sağında 3 zolaq, solunda isə 1 zolaq zəbt olunduğu üçün ortada yalnız bir cərgədə avtomobillərin hərəkəti mümkün olub. Bu da həmin istiqamətdə tıxac yaradıb.

Maraqlıdır ki, Bakı şəhər İcra Hakimiyyətini mühafizə edən polislər buna qarşı heç bir tədbir görməyiblər. Hansı ki, adi vaxtlarda BŞİH-in qarşısında bir avtomobil dayanan kimi polislər hay-küy salırlar. 

Bundan əlavə, həmin ərazidə xidmət aparan yol polisləri də bu mənzərəyə reaksiya verməyiblər. Polislər olmasa da, «təhlükəsiz şəhər» kameraları bu mənzərəni müşahidə edir. 

Əldə etdiyimiz məlumata görə, bu cür mənzərə sözügedən ərazidə hər gün təkrar olunur. Burada park edib yolu bağlayan avtomobillər isə universitetin tələbələrini gözləyirlər. Hər halda, kimi gözləməyindən asılı olmayaraq bu cür biabırçı mənzərə yaratmaq heç kimi məsuliyyətdən azad etmir. Dövlət Yol Polisinin isə bu mənzərəyə biganəliyi maraqlı suallar yaradır…

 

 

Elməddin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh