Prezidentlər və onlarıın avtomobilləri - FOTOLAR

Avtoxəbər 19 İyun 2014 14:57 Oxunub 5366
Prezidentlər və onlarıın avtomobilləri - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İlham Əliyev zirehli “Maybach 62” limuzinini bəzən özü də idarə edir

İstər ölkə daxilində, istərsə də səfərlərdə dövlət başçısının siyasətdən kənar imicini formalaşdıran şərtlərdən biri də prezidentlərin xidməti istifadəsində olan avtomobilləridir. Kennedinin təbirincə desək, ölkə ilk növbədə olimpiya oyunlarında qazanılmış qızıl medallarla və prezidentlərin limuzinlərilə tanınır. Maraqlıdır, bəs 21-ci əsrdə siyasi liderlər dünyanın siyasi tarazlığını saxlamaq üçün görüşlərə, qəbullara, tədbirlərə hansı avtomobillərdə tələsirlər?

Azərbaycan Prezidenti İlham Əliyevin xidməti istifadəsində olan əsas avtomobil zirehli “Maybach 62” limuzinidir. İlham Əliyev arabir özü də sükan arxasında əyləşir. Açılışlar zamanı yeni salınmış yolların və keçidlərin rahatlıq və keyfiyyət səviyyəsini yoxlamaq üçün prezident İlham Əliyev avtomobili bir çox hallarda özü idarə edir.

Amerika Birləşmiş Ştatlarının prezidenti Barak Obama zirehli “Cadillac prezidential” avtomobilində gəzir. Bu avtomobil məxsusi olaraq Amerika prezidenti üçün hazırlanıb. Onun hazırlanmasına 1.1 milyon dollar sərf olunub. Avtomobilin bəzi texniki xarakteristikaları məxfi saxlanılır. Barak Obama da arabir sükan arxasına keçir.

Qardaş Türkiyə Cümhuriyyətinin prezidenti Abdulla Gül rəsmi tədbirlərə "Mersedes" markalı zirehli avtomobillə gedir.

Rusiya Federasiyasının prezidenti Vladimir Putin “Mercedes-Pullman” avtomobilinə üstünlük verib. 1 milyon dollar qiyməti olan avtomobilin uzunluğu 6 metrdir. Prezidentin avtomobili təhlükəsizlik baxımından ən müasir texnologiyalarla təchiz edilib. Vladimir Putin tez-tez sükan arxasında öz sürücülük məharətini sınayır.

İtaliya prezidenti Ciorcio Napolitano öz ölkəsində istehsal olunan “Lancia” avtomobilində gəzir.

Fransa prezidenti Fransua Ollandın avtoparkında bir neçə avtomobil olsa da, o daha çox “Citroen DS5”də gəzməyə üstünlük verir.

Öz ölkəsinin avtomobil sənayesinə etibar edən Yaponiya İmperatoru Akihito “Toyota Century Royal” limuzinindən istifadə edir. Avtomobil məxsusi olaraq imperator üçün hazırlanıb.

Çin Xalq Respublikasının sədri Si Tszinpin də xidməti avtomobil seçimində yerli istehsala üstünlük verib. “Hongqi HQE 7600” zirehli limuzinin adı tərcümədə “qırmızı bayraq” mənasını verir.

Almaniya kansleri Angela Merkel yerli istehsal olan “Audi A8 Long” avtomobilində hərəkət etməyə üstünlük verib. Xanım siyasətçinin zirehli limuzininin qiyməti 1 milyon avroya yaxındır. Şəxsi avtomobilini isə Angela Merkel özü idarə edir.

Böyük Britaniyanın baş naziri Devid Kemeron zirehli “Jaguar XJ Sentinel” avtomobilindən istifadə edir.

Arzu edək ki, prezidentlərin bu avtomobillərdə tələsdikləri görüşlər dünyanın əmin-amanlığına, sülhə xidmət etsin. /modern.az/

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh