Gizli radar quraşdıranın özü «radara düşdü» – VİDEO

Avtoxəbər 21 İyun 2014 01:10 Oxunub 3744
Gizli radar quraşdıranın özü «radara düşdü» – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu işə kənar adamı cəlb etmək qanun pozuntusudur

Yollarımızda gizli radarların quraşdırılması, yol polislərinin ağac arxasında gizlənib xidmət aparması barədə dəfələrlə deyilsə də, yazılsa da, proses davam edir. Bu dəfə Avtosfer.az-a göndərilən videomateralda «Niva» markalı avtomobildə gizlin radar quraşdıran mülki şəxsin özü vətəndaşın «radarına düşüb». 10 YP 791 dövlət nömrə nişanlı avtomobildə quraşdırılan radarlara başı qarışan mülki şəxs bir də o zaman ayılır ki, onun özünü çəkirlər. Onu kameraya çəkən şəxsə əsəbləşərək qovmaq istəsə də, vətəndaş ondan əl çəkmir. Vətəndaşın «burada nə iş görürsən» sualına isə heç bir cavab vermir. Sadəcə, «get burdan» deməklə kifayətlənir.

Ola bilsin ki, bunlar köhnə kadrlardır. Yeni qanunvericiliyə görə bütün radarlar, o cümlədən mobil gizli radarlar Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi-Məlumat Xidmətinə (MMX) inteqrasiya olunmuş olmalıdır. Əks halda, həmin texniki vasitələrdən istifadə qanunsuz sayılır. Kadrda görünən adam, yəni, «Niva»da oturub radarlara nəzarət edən mülki şəxs YPX əməkdaşı deyilsə, bu da kobud qanun pozuntusudur. Həmin adam YPX əməkdaşı olaraq mülki formada gizli xidmət edə bilər. Amma həmin işə kənar adamı cəlb etmək qanun pozuntusudur.

 

Avtosfer.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh

Mahir 10 Noyabr 2014 22:55
Burda qanunsuz nəsə var ki Yenilənmiş qanunda mülki vətandaşın radarda işəməsinə icaze verilir. Onlara vəsiqədə pylanılır. BDYPİ-nin apiratoru.
Mehman 10 Noyabr 2014 22:55
Bu Dovleti, bu millet ne gune qoyub.Allah pisinden qorusun