«Nissan» qlobal kriket tədbirlərinə sponsorluq edəcək

Yarışma 16 Oktyabr 2015 11:52 Oxunub 1672
«Nissan» qlobal kriket tədbirlərinə sponsorluq edəcək
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu tədbir Beynəlxalq Kriket Şurası ilə əməkdaşlıq müqaviləsi çərçivəsində baş tutacaq

Nissan 2013-cü ilə qədər ICC World Cup (BKŞ Dünya Kuboku) və WorldTwenty20 (Dünya İyirmiliyi) Çempionatı da daxil olmaqla Beynəlxalq Kriket Şurasının həyata keçirdiyi tədbirlərin qlobal sponsoruna çevrilib -

Nissan şirkəti Beynəlxalq Kriket Şurası (ICC) ilə 8 illik müqavilə imzalayıb. Bu müqavilənin imzalanması, şirkətin qlobal idman fəaliyyətləri ilə əlaqələrinin güclənməsinə kömək edəcək. 

2023-cü ilədək davam edəcək razılaşma, Nissan şirkətinin ICC World Cup (BKŞ Dünya Kuboku) və ICC Champions Trophy (BKŞ Çempionlar Trofeyi) və ICC WorldTwenty20 (Dünya İyirmiliyi) çempionatları, həmçinin Under 19 (19 yaşa qədər), Woman’s Cricket (Qadın Kriketi) və kvalifikasiya tədbirləri də daxil olmaqla beynəlxalq kriket turnirlərinin qlobal sponsoru olduğunu təsdiqləyir.

BKŞ ilə tərəfdaşlıq Nissan şirkətinin cari beynəlxalq idman fəaliyyətlərinə sponsorluq strategiyası istiqamətində atdığı əhəmiyyətli bir addımdır. Bu razlaşma, Yapon avtomobil istehsalçısına öz innovativ və müştərilərin istəyi üzərində cəmlənmiş yanaşma tərzini idmana və bütün dünyada milyonlarla kriket azarkeşinə yansıtma imkanı verəcək. 

“Nissan’ın işi həyəcanverici innovasiyalardır” – şirkətin Korporativ Vise-Prezidenti və Marketinq və Brend Strategiyaları şöbəsinin qlobal rəhbəri Roel de Vries bildirib. “BKŞ-nin tərəfdaşı kimi, biz qlobal Trophy Tour (Trofey Turu) çempionatı, beynəlxalq Flag Bearer (Bayraqdar) Proqramı və yeni canlı tədbirlər çərçivəsində öz hüquqarımızdan izstifadə edərək kriket azarkeşləri ilə təcrübəmizi zənginləşdirməyin yollarını təqdim edəcəyik”. 

“Biz qlobal kriket ailəsinin bir hissəsi olmaqdan və dünyanın ən prestijli və kütləvi turnirlərinin fəaliyyətinə cəlb olunmaqdan fərəh hissi duyuruq. Məqsədimiz oyunların və avtomobillərimizin bəxş etdiyi həyəcanı bütün dünyadan kriket azarkeşləri ilə bölüşməkdir. Bunların hər ikisi öz işinə qarşı coşğulu olan insanlar tərəfindən yaradılıb”.

 

Qlobal tərəfdaş kimi, Nissan şirkəti bütün BKŞ tədbirlərində aktivasiya, yayımlanma və rəqəmsal hüquqlara malikdir. 

Beynəlxalq Kriket Şurasının İcraçı Direktoru Devid Riçardson razılaşma barədə şərh verib: “BKŞ Nissan şirkətini Qlobal Tərəfdaş kimi salamlamaqdan məmnunluq hissi duyur və biz bütün BKŞ qlobal tədbirlərində güclü tərəfdaşlıq nümayiş etdirmək üçün növbəti 8 il birgə çalışacağımıza ümid edirik”.

“Nissan dünyanın qabaqcıl avtomobil şirkətlərindən biridir və həm yeni, həm də sabit bazarda güclü beynəlxalq fəaliyyətləri ilə öyünür”. Nissan şirkətinin dəyərləri BKŞ-nin dəyərləri ilə sıx bağlıdır: innovasiyalar, diqqətin azarkeşlərimiz və tərəfdaşlarımıza həyəcanverici və əvəzolunmaz təəssüratlar bəxş etməkdə cəmlənməsidir.

“Biz inkişaf edən kommersiya portfoliomuzda belə güclü bir brendi salamlamaqdan məmnunluq hissi duyuruq və Nissan şirkətinə göstərdikləri dəstəyə görə təşəkkür etmək istəyirik”.

BKŞ ilə tərəfdaşlıq, Nissan şirkətinin UEFA Çempionlar Liqası, Rio 2016 Olimpiya və Paralimpiya Oyunları, Böyük Britaniya Olimpiya Komandaları, Meksika və Braziliya, Milli Kollegial Atletika Assosiasiyası, Heysman Trofeyi (Heisman Trophy), Şəhər Futbol Qrupu (City Football Group) və GT-R səfiri Useyn Bolt da daxil olmaqla, qlobal idman fəaliyyətlərinə olan sadiqliyinin daha bir nümunəsidir. 

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh