92 yaşında vəsiqə eşqinə düşdü - VİDEO

Maraqlı 16 Oktyabr 2015 14:41 Oxunub 1618
92 yaşında vəsiqə eşqinə düşdü  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Betinin sürücülük vəsiqəsi üçün nəzərdə tutulan yekun imtahandan uğurla keçəcəyinə şübhə etmir

50 ildir sükan arxasına keçməyən qadın, 92 yaşında sürücülük vəsiqəsi almaq həvəsinə düşdü. Böyük Britaniyada Beti Couns adlı qadın ölkənin ən yaxşı  sürücülük məktəbinə yazılıb. Avtosfer.az atv.az-a istinadən xəbər verir ki, yarım əsr sonra yenidən maşın sürmək eşqinə düşən Beti  təlim müəllimlərinin ilk gündən rəğbətini qazanıb. Hadersfild şəhərində yaşayan 92 yaşlı qadın əzmkarlığı ilə öyrənməyin heç vaxt gec olmadığını bir daha nümayiş etdirib. Ölkədə  hamının marağına səbəb olan Beti, kifayət qədər yaşlı olsa da, sürücülük vəsiqəsi üçün keçməli olduğu kursları uğurla qavrayır. Kurslarda onun əlindən xəta çıxacağını düşünən təlim müəllimləri, potensial qəzanın qarşısını almaq üçün Betinin idarə etdiyi avtomobilin arxasınca başqa bir avtomobilin hərəkətdə olmasına qərar verib. Bununla belə, 92 yaşlı qadın hələ ki, hər hansı bir qəzaya səbəb olmayıb. Sürücülük vəsiqəsi almağı hər zaman arzuladığını deyən Beti,  qısa zamanda arzusunun reallaşacağından əmindir. Onun avtomobil idarə etməsindən razı qalan müəllimləri, Betinin sürücülük vəsiqəsi üçün nəzərdə tutulan yekun imtahandan uğurla keçəcəyinə şübhə etmir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh