Sultan üçün maşın hazırlandı: mətbəxi və yataq otağı da var – FOTO

Avtodünya 17 Oktyabr 2015 00:10 Oxunub 2738
Sultan üçün maşın hazırlandı: mətbəxi və yataq otağı da var – FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Onun kuvozu qırmızı-mavi tonlarda rənglənib və kral emblemləri ilə bəzədilib

Avstraliyada Malayziya sultanı İbrahim İsmayıl üçün nəzərdə tutulmuş yük maşını istehsal olunub. Virtualaz.org saytı xarici nəşrlərə istinadən xəbər verir ki, avtomobil sultanın sifarişi ilə “Mack Turcks” zavodunda istehsal olunub. Onun qiyməti açıqlanmır. Lakin şübhə yoxdur ki, xüsusi sifarişlə yığılmış bu avtomobilin qiyməti dünyanın ən bahalı yük maşınlarını istehsal edən “Mack Turcks” zavodunun adi maşınlarının qiymətindən xeyli çoxdur. Bu markadan olan yük maşınlarının qiyməti 480 min dollardır. Sultanın yük maşının maksimal sürəti saatda 100 kilometrdir. Onun kuvozu qırmızı-mavi tonlarda rənglənib və kral emblemləri ilə bəzədilib.

Avtomobilin kapotunda qızıldan düzəldilmiş şir heykəli qoyulub. Şir heykəli Malayziyanın Cahor sultanlığının rəmzidir. İbrahim bu sultanlığın hökmdarıdır. Cahor sultanlığı Malay yarımadasından cənubda yerləşir.

Yük maşını müasir bort texnikası, 6 xarici müşahidə kamerası və televizorlarla təchiz edilib. Avtomobilin içində qapısı qırmızı ağacdan olan, mərmərlə işlənmiş mətbəx var. Həmçinin avtomobildə qızıl saplarla işlənmiş ikinəfərlik çarpayısı olan yataq otağı da var.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh