Dünyanın ən yaxşı sürənləri Bakıda - VİDEO

Avtodünya 18 Oktyabr 2015 13:56 Oxunub 1705
Dünyanın ən yaxşı sürənləri Bakıda - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Pilotlar yarışa "Hökumət Evi" qarşısından start götürəcək

Bakıda keçiriləcək “Formula 1” yarışları ilə bağlı xüsusi əməliyyat planı hazırlanıb. Hazırlanan xüsusi əməliyyatlar planının səbəbi -ölkəmizdə ilk dəfə baş tutacaq “Formula-1” Bakı mərhələsi zamanı idmançıların "şəhər halqası"nda təhlükəsizliyini təmin etməkdir. Bunun üçün yarışlara 12 illik təcrübəsi olan mütəxəssislər cəlb olunub. Bəhreyni təmsil edən işçi qrup Bakıda keçiriləcək “Formula 1” yarışı zamanı pilotların təhlükəsizliyinə nəzarət edəcək. Əməliyyatlar üzrə şöbə rəhbəri Çingiz Mehdiyev bildirib ki, planda pilotların təklükəsizliyi, onların xilas edilməsi, yanğın söndürülməsi, evakuasiya və tibbi yardımı nəzərdə tutulur. Bunun üçün Azərbaycanda rəsmi qrup toplanılır. Toplanılan bu qrup noyabr ayında Bəhreyinə səfər edəcək. Lazım olan təcrübə isə Bəhreyindən əldə olunacaq.

Bakıda keçiriləcək yarışda komandaların və onların pilotlarının tam siyahısına isə cari ilin dekabrında aydınlıq gələcək. “Bakı Şəhər Halqası” adlanan yolun ümumi uzunluğu 6 kilometrdir. Dünyanın ən güclü pilotları "Hökumət Evi" qarşısından start götürərək saat əqrəbinin əksi istiqamətində hərəkət edərək İçərişəhərin ətrafında dövr edəcəklər. Pilotlar Bakı Bulvarı boyunca yarışaraq yenidən başlanğıc nöqtəsi "Hökumət Evi" qarşısında finişə çatacaqlar. Avropa Qran Prisi adlanan Bakı mərhələsi iyunun 19-da baş tutacaq.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh