Sürücülərin kabusu - Yollardakı su gölməçələri maşına ziyandır - VİDEO

Avtodünya 18 Oktyabr 2015 15:22 Oxunub 1848
Sürücülərin kabusu - Yollardakı su gölməçələri maşına ziyandır - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Belə yerlərdə avtomobili yavaş sürün, suyu dalğalandırmayın

Havalar yağışlı keçdiyinə görə bəzi yollarda gölməçələr əmələ gəlir. Ustalar avtomobillə belə gölməçələrdən keçməyi məsləhət görəməsələrdə məcburiyyət qarşısında belə yerlərdən keçərkən edilməsi vacib olan hərəkətlər var. Əks halda avtomobiliniz sıradan çıxa bilər.

Su o qədər yüksəlib ki, avtomobilin qarşısındakı hava barmaqlıqına qədər çatır. Sürücülər belə gölməçələri gördükdə adətən yavaş hərəkət etsə də, sürəti artıranlar da var. Ustalar isə sürücülərə xəbərdarlıq edir. Belə gölməçələr avtomobilin sıradan çıxmasına səbəb ola bilər.

Su yalnız avtomobilin mühərrik hissəsinə dəydikdə ziyan vura bilər. Mühərrikə suyun girməsinin yeganə yolu isə hava borusudur. Hava borusunu çıxarmağın üsulu isə hər avtomobildə fərqlidir. Ümumiyətlə gölməçələrindən keçərkən avtomobili yavaş idarə etmək, suyu dalağalandırmamaq məsləhət görülür. Belə olduqda sudan ziyansız çıxmaq mümkündür.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh