Sürücülərin "dərisini soyan" dayanacaqlar - FOTO

Xəbərlər 20 İyun 2014 00:28 Oxunub 2200
Sürücülərin "dərisini soyan" dayanacaqlar - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücülər müvəqqəti parklama mərkəzlərində xidməthaqqından şikayətlənir

Xarici filmlərdə gördüyümüz parkomat avadanlıqları Bakı quraşdırılmağa başlanılıb. Hazırda paytaxtımızda 50-dən çox yerdə belə avadanlıq quraşdırılıb. Lakin sakinlər həmin xidmətin çox baha olduğundan şikayətlənirlər. Sürücülərin sözlərinə görə, belə dayanacaqların çox olmağı yaxşıdır. Lakin buradakı xidmət əhalinin cibinə uyğun deyil.

Sürücü Samir Aslanov anspress-ə şikayətində bildirib ki, həmin xidmətdən istifadə etmək üçün gündə 5-6 manat pul xərcləyir. Bu da gündəlik qazancı olmayan sürücülərin maddi vəziyyətinə uyğun deyil. “Bir tərəfdən yaxşıdır ki, belə dayanacaqlar yaradıblar. Bu tıxacın qarşısını alar. Lakin maşın saxlamaq üçün istənilən pul həddindən artıqdır. Çünki 1 saata 1 manat verib, burada maşın saxlayana kimi, ucuz dayanacaq xidmətindən istifadə etmək lazım olur”, - deyə Samir Aslanov bildirib.

Qeyd edək ki, müvəqqəti dayanacaqların xidmətindən istifadə etmək üçün sürücü 1 saata 1 manat ödəməlidir. Bu xidmətdən 2 saat istifadə 2, sonrakı hər saata görə 1 manat ödəmək lazımdır. Əgər sürücü 4 saatdan artıq avtomobilini müvəqqəti dayanacaqda saxlayarsa cərimə olunacaq. Həmin müvəqqəti dayanacaqlara Bakı Şəhər İcra Hakimiyyəti nəzarət edir.

Anspress parkomatlardan reportaj hazırlamaq qərarına gəlib. İlk öncə Qoşa Qala qapısı yaxınlığında qoyulan parkomata getdik. Burada 30-a yaxın avtomobil park edilmişdi. Parkomat qarşısında iki nəzarətçi vardı. Onlar Bakı şəhər İcra Hakimiyyətinin inşanını daşıyan forma geyinmişdi. İşçilərin vəzifəsi isə sürücülərə parkomatdan istifadə qaydalarını başa salmaq və xırda qaytarmayan avadanlıq üçün pulları xırdalamaq idi. Ödəniş etmiş sürücülər ödəniş çeklərini avtomobilin qarşı şüşəsinin qarşısına qoyurlar. Şüşənin qabağında çek olmayan maşının qanunsuz dayandığı məlum olur.

Qeyd edək ki, parkomatlar xüsusi təyinatlı Avtonəqliyyat İdarəsi tərəfindən idarə olunur. İdarənin rəisi Həsən Abdullayev bildirib ki, şəhərdə artıq 50-dən çox nöqtədə quraşdırılan parkomatlardan istifadə qaydaları və qiymətlər Bakı şəhər İcra Hakimiyyəti tərəfindən müəyyənləşdirilir. İdarə rəisinin sözlərinə görə, Bakıdakı 8500 dayanacaqdan 6500-ü Bakı şəhər İcra Hakimiyyətinin nəzdindədir. Bundan sonra da, daha min müvəqqəti dayanacaq məntəqəsinə yeni parkomat quraşdırılacaq.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh

Heyder 10 Noyabr 2014 22:55
Men basa duse bilmirem,bu qeder xerc tokub terminal almaq neye lazimdir. Her terminalin yaninda bir eli comaqli isci var ustunde bir sumka pul. bir kicik el terminali vermek olmazdimi bunlara ozleri pulu yiqsinlar.