Avtobuslarda tibb çantası yoxdur - VİDEO

Qaydalar 22 Oktyabr 2015 00:32 Oxunub 1844
Avtobuslarda tibb çantası yoxdur - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Tibbi çantası olmayan sürücülər 3-5 manat cərimə olunur

Paytaxda əksər sərnişin avtobuslarında tibb çantası yoxdur. Hansısa sərnişinin ehtiyac duyacağı halda ilkin tibbi yardım mümkün olmayacaq. Halbuki "Yol hərəkəti haqqında" qanuna görə, mexaniki nəqliyyat vasitlərində tibb çantası olmalıdır. Sərnişinlər də avtobuslarda tibbi yardıma çantasının olmamasından narahatdır. 4, 10, 26, 38, 67 və 202 saylı marşrutlardakı avtobusların sürücüləri də bunu etiraf edirlər. Avtobus sürücüləri deyir ki, onlara tibb çanta ilə bağlı sahibkar tərəfindən xəbərdarlıq edilməyib. Yol Hərəkəti Haqqında Qanunda mexaniki nəqliyyat vasitələrində tibb çantasının olması əsas göstərilir.

Sürücüləri tibbi çantaya etinasız yanaşmasına digər səbəb cəriməsinin çox az olmasıdır. Polis yoxlaması zamanı avtobusda tibbi çanta aşkarlanmazsa sürücü inzibati xətalar məcəlləsinə görə, 3-5 manat arası cərimə oluna bilər. Ekspertlər bu cərimə məbləğinin artırılmasını təklif edir ki, sürücüləri tibbi yardım çantası almağa vadar etsin. Sürüclərə isə cərimə olunmamaq üçün marşurt sahibindən tibb çanta tələb etmələrini tövsiyə edir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh