Avtomobil palıda çırpıldı; müğənni faciəli şəkildə öldü

Masallı rayonunda ölümlə nəticələnən dəhşətli yol-nəqliyyat qəzası baş verib. APA-nın məlumatına görə, hadisə iyunun 20-də saat 18.00 radələrində Ələt-Astara magistralının rayonun Musaküçə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Masallının Qodman kənd sakini, 1973-cü il təvəllüdlü Rövşən Mürüvvət oğlu Həşimovun idarə etdiyi minik avtomobili qəfildən idarəetməni itirərək yolun kənarındakı palıd ağacına çırpılıb. Güclü zərbə nəticəsində avtomobil deformasiyaya uğrayıb, sürücü hadisə yerində dünyasını dəyişib. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin xilasediciləri və Səhiyyə Nazirliyini Masallı Regional Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadası cəlb olunublar. Onların səyləri ilə sürücünün meyiti xüsusi alət və avadanlıqların köməyi ilə avtomobildən çıxarılarsaq aidiyyəti üzrə təhvil verilib. Hazırda Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat Şöbəsinin əməkdaşları tərəfindən hadisə yerində araşdırma aparılır.
Qeyd edək ki, qəzada ölən R.Həşimov cənub bölgəsinin tanınmış müğənnilərindən sayılıb.
Skuter problemi: "Getdikcə daha təhlükəli olarsa, qadağan edilməsi gündəmə gələcək" - FOTO
İctimai nəqliyyatda fərqli dönəm başlayır: Yeni qaydalar nə vəd edir? - FOTO
Qəzalarda ölümlərin sayı niyə artıb? – BAKIDA SORĞU - VİDEO
İlham Əliyev Milli Fəaliyyət Planını TƏSDİQLƏDİ
Azərbaycan DİN AMERİPOL-da müşahidəçi statusu əldə ETDİ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR











