Elektron protokol ünvana çatmayanda – Yol polisi-sürücü çəkişməsi - VİDEO

Qaydalar 23 Oktyabr 2015 02:10 Oxunub 2691
Elektron protokol ünvana çatmayanda – Yol polisi-sürücü çəkişməsi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Maşın ilk dəfə sənədlərin verilməsi, 2-ci dəfə duracağa qoyulması üçün saxlanılır

Məlumdur ki, sürücülərin bir sıra qayda pozuntuları xüsusi texniki vasitələrinin köməyi ilə aşkar edilir. Daha sonra həmin qayda pozuntusu ilə bağlı elektron protokol tərtib edilir və sürücünün ünvanına göndərilir. Həmin protokolun ünvana çatmaması sonradan yol polisləri ilə sürücülər arasında mübahisələrə gətirib çıxarır. Mübahisənin predmeti sırf bu səbəbə görə cəriməsi ödənməyən avtomobilin cərimə meydançasına aparılıb-aparılması ilə bağlı olur. Xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilən qayda pozuntuları haqqında hazırlanan protokol bəzən sürücünün ünvanına çatmır. Protokol polisə qaytarıldıqdan sonra həmin avtomobilin saxlanılmasına qərar verilir. Ancaq bu, avtomobilin müvəqqəti duracağa aparılması demək deyil..

Protokol sürücüyə polis maşınında olan xüsusi printerlərin köməyi ilə çap edilərək verilir və bu sistemdə qeyd edilir. Sürücü məlumatlandırıldıqdan sonra 2 ay ərzində cəriməni ödəməzsə, onun avtomobilinin saxlanması haqqında yenə qərar qəbul edilir

ŞƏRH YAZ
Ad

E-mail

Şərh