Avtobusların törətdiyi hadisələrə görə 76 min kompensasiya

Qaydalar 27 Oktyabr 2015 16:54 Oxunub 1642
Avtobusların törətdiyi hadisələrə görə 76 min kompensasiya
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İSB Bakı-Qazax yolunda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı 25,7 min manat kompensasiya ödəyib

Azərbaycan İcbari Sığorta Bürosu (İSB) 25 650 manat məbləğində kompensasiya ödənişi həyata keçirib. "Report"un İSB-yə istinadən verdiyi xəbərə görə, 2014-cü il oktyabrın 23-də saat 15:00 radələrində Bakı-Qazax yolunun 16-cı km-də (Qaradağ rayonu ərazisindən) baş vermiş yol-nəqliyyat hadisəsində dörd ailənin üzvlərinin xəsarət alması ilə əlaqədar müraciət daxil olub. Büro tərəfindən bu hadisə üzrə üç ailənin hər birinin bir üzvünün ölməsi ilə əlaqədar 15 min manat və həmin dörd ailənin digər üzvlərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə əlaqədar isə 10 650 manat məbləğində kompensasiya ödənişi vətəndaşlara poçt vasitəsilə köçürülüb.

İSB 2012-2014-cü illər ərzində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta müqaviləsi olmayan avtobuslar tərəfindən törədilmiş 12 yol-nəqliyyat hadisəsi ilə bağlı ümumilikdə 76,314 min manat məbləğində kompensasiya ödənişi həyata keçirib. Avtobusların iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisələri nəticəsində 13 nəfər ölüb, 11 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh