Sərhəddən rüsum ödəmədən avtomobil keçirmək olar? - AÇIQLAMA

Qaydalar 28 Oktyabr 2015 17:51 Oxunub 8171
Sərhəddən rüsum ödəmədən avtomobil keçirmək olar?  - AÇIQLAMA
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Bu sərəncam yalnız şəxsi istifadə üçün nəzərdə tutulub”

“Bu sərəncam yalnız şəxsi istifadə üçün nəzərdə tutulub”. Avtosfer.az xəbər verir ki, bu sözləri sia-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib. O, prezident İlham Əliyevin 10 000 dollarlıq mala rüsum tətbiq edilməməsi ilə bağlı verdiyi sərəncamı şərh edib. İqtisadçı bildirib ki, qərara görə 10 min dollarlıq mala görə rüsum tətbiq edilmir və bu qərar kommersiya məqsədi daşımır: “Spirtli içkilər, siqaret məmulatları, qızıl əşyaları (sertifikatlılar istisna olmaqla) bu sərəncama aid deyil. Eyni zamanda bu qərar avtomobillərə də şamil edilməyib. Yəni avtomobillər rüsum tətbiq edilməyən əşyalar arasında deyil. Qeyd etmək lazımdır ki, sərəncam kiçik və orta sahibkarlığa da aid edilmir”.

İqtisadçı bildirib ki, bu qanun yalnız şəxsi istifadə üçün nəzərdə tutulub: “Yəni kommersiya məqsədi ilə ölkəyə gətirilən mallar bu sərəncama aid deyil. Bu məsələ çox önəmlidir. Bir çox insanda bu sərəncamla bağlı fikir çaşqınlığı yaranıb. Bu sərəncam yalnız şəxsi istifadə üçün nəzərdə tutulub. Məsələn, insanlar öz evi üçün 10 min dollarlıq malı rüsumsuz sərhəddən keçirə bilər. Bu rəqəm əvvəl 1 500 dolları təşkil edirdi. Lakin indi bu qiymət 6 dəfədən çox artırılıb”.

Natiq Cəfərli malın daşınmasında yük maşınlarına görə ödəniləcək depozit şərtlərinə də toxunub: “Əgər mal Azərbaycan nömrəsinə malik yük maşını vasitəsilə daşınırsa ona görə pul verilmir. Əgər xarici nömrəli yük maşınlarından istifadə ediləcəksə bu zaman müəyyən depozit pul qoyulur və həmin maşın geri qayıdarkən qoyduğu vəsaiti geri götürür. Depozitə pul qoyulur ki, sonradan həmin maşın geri qayıda bilsin. Geri dönərkən isə həmin məbləğ sərhəd məntəqəsində yerləşən bank şöbəsindən geri alınır. Yəni burada heç nə itirilmir”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh