"Utanıram, səhv eləmişik" - VİDEO

Avtodünya 28 Oktyabr 2015 18:23 Oxunub 1836
"Utanıram, səhv eləmişik"  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"İçdik, kefimiz kök idi, oğurluq elədik"

Qonşular əlbir olub avtomobil oğurladılar. Onlar sərxoş halda Tovuzun Əyyublu kəndinə gələrək Fəxrəddin Mehralıyevin "VAZ 21-05" markalı avtomobilini qaçırıblar. Avtosfer.az regiontv-yə istinadən xəbər verir ki, təhlükəsizlik kamerasında görüntülənən 2 nəfər maşını kənddən çıxara bilib.  Dərhal hadisə ilə bağlı polisə məlumat verilib. Bir neçə ay sonra məlum olub ki, hadisəni törədən Gəncə sakinləri Anar Hüseynov və onun qonşusu Vüqar İsmayılovdur. Qonşular oğurluğun izini itirmək üçün "VAZ"-ı hissələrə bölərək digər avtomobilə yığıblar. Saxlanılanlardan Vüqar İsmayılov əvvəllər də bir neçə cinayət törədərək məhkumluq həyatı yaşıyıb. 

Saxlanılan şəxs: "Utanıram, səhv eləmişik. Allah şeytana lənət eləsin"

Saxlanılan digər şəxs: "Maşını qaçırtmağı mən təklif elədim. İçdik, kefimiz kök idi, oğurluq elədik. Oğurluq elədiyimiz adamı tanımırdıq". 

Faktla bağlı araşdırmalar davam etdirilir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh