Zibil yeşikləri Bakıda tıxaclara səbəb olur – FOTO

Qaydalar 28 Oktyabr 2015 18:35 Oxunub 2306
Zibil yeşikləri Bakıda tıxaclara səbəb olur – FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sakinlər və sürücülər zibil yeşiklərinin yolun kənarına qoyulmasından şikayətlənirlər

Bakının mərkəzi küçələrində yolların kənarına qoyulan zibil yeşikləri nəqliyyat vasitələrinin hərəkətimə maneə törədir. Modern.az saytının əməkdaşlarının apardığı müşahidələr  nəticəsində məlum olub ki, bu yeşiklər hətta bəzi yollarda tıxaclara səbəb olur. Bu vəziyyətlə təkcə yol kənarında deyil, həm də böyük ticarət mərkəzlərinin qarşısında da rastlaşmaq mümkündür. Müşahidələrimiz zamanı Nəsimi rayonu, Rixard Zorge küçəsində (Səməd Vurğun bağının yuxarı hissəsi) zibil yeşikləri əvəzinə isə karton qutular, yaxud dəmirdən səliqəsiz, əzik qablar qoyulub. Sakinlər və sürücülər zibil yeşiklərinin yolun kənarına qoyulmasından şikayətlənirdilər.

Qeyd edək ki, zibil yeşikləri əvəzinə yol kənarlarına karton qutuların qoyulması da sakinlərin zibili hara gəldi atmalarına gətirib çıxarır. Çünki insanların əksəriyyəti bu karton qutuların zibil atmaq üçün nəzərdə tutulduğunu anlaya bilmirlər.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh