Bu hallarda sürücüyə sığorta ödənişi edilmir - VİDEO

Avtodünya 1 Noyabr 2015 10:59 Oxunub 1895
Bu hallarda sürücüyə sığorta ödənişi edilmir - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sığorta haqqını ilk baxışdan hissə-hissə ödəmək sərfəli görünsə də, bunun bir sıra riskləri var

Avtomobillərin könüllü sığortası zamanı ödənişin hissə-hissə həyata keçirilməsi sonradan müəyyən problemlərə gətirib çıxara bilər. Sürücülərlə müqavilə imzalanarkən onlara qarşı müəyyən şərtlər irəli sürülür. Sığorta haqqı hissə-hissə ödənilən zaman qrafikdən 15 gün gecikmə həddi müəyyən edilir. Bu tələb müqavilə bağlanarkən sürücülərlə razılaşdırılır və kasko sığorta qaydaları ilə tənzimlənir.

Gecikdirmədən sonra baş vermiş qəzaya görə ödəniş edilməsə, sürücülər müqaviləni ləğv etdirə bilərlər. Bu zaman ödədikləri pulun müəyyən qismi onlara qaytarılır. Tutaq ki, sürücü illik 1200 manatlıq sığorta haqqını 400 manat olmaqla üç hissədə ödəməyi üzərinə götürmüşdüsə və iki dəfə ödəmədən sonra müqaviləyə xitam verilərsə, sürücüyə nə qədər təzminat ödənilə bilər?

Belə hallarla qarşılaşmamaq üçün ekspertlər sürücülərə sığorta haqqını birdəfəyə ödəməyi məsləhət görürlər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh