Sürücülərin səhvi – «Napor» sizi ziyana sala bilər - VİDEO

Avtodünya 1 Noyabr 2015 00:33 Oxunub 5518
Sürücülərin səhvi – «Napor» sizi ziyana sala bilər - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Mühərriki yumaq olarmı?

500-2000 manat arası ziyana düşmək istəmirsinizsə avtomobilinizin mühərrikinin təmizliyinə diqqət göstərin. Sürücülərin bəziləri isə avtomobilin «motorxanasını» avtoyuma məntəqələrində yüksək təzyiqli su ilə yuduzdururlar. Belə olduqda da mühərrik sıradan çıxır. Mühərrikin təmizlənməsində nəyə diqqət etmək lazımdır? Ustalardan eşidək.

Bəzi sürücülər avtomobilin mühərrikini təmizləyərkən qaydalara əməl etmir. Mühərriki avtoyuma məntəqələrində təzyiqli su ilə yudurdur. Bu isə onları sonradan xərcə salır.

Mühərrikin avtoyuma məntəqələrində böyük təzyiqli su ilə yuyulması elektrik naqillərinin məhv olmasına gətirib çıxarır. Vaxtında yuyulmadıqda isə mühərrikin üzəri yağla örtülür ki, bu da onun sıradan çıxmasına səbəb olur.

Belə olduqda sürücülər avtomobilin markasından aslı olaraq 500-2000 manat arasında ziyanla qarşılaşa bilər. Ustalar mühərrikin əsasən yay aylarında, xüsusi mayelərdən istifadə etməklə, az təzyiqli su ilə yuyulmasını məsləhət görür.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh