«Yol hərəkəti qaydaları və mən» - FOTOLAR
Öyrənək 1 Noyabr 2015 12:51 896 dəfə oxunub
«Yol hərəkəti qaydaları və mən» - FOTOLAR
Yol polisləri azyaşlı uşaqlarla təbliğat xarakterli söhbət aparıb

Bakıdakı 46 saylı Məktəbdənkənar Tərbiyə İşi Mərkəzi  tərəfindən 164 nömrəli məktəbdə «Yol hərəkəti qaydaları və mən» devizi altında tədbir keçirilib. Tədbirdə uşaqların mövzuya uyğun çəkdikləri rəsmlər, divar qəzetləri, əl işləri sərgilənib. Daha yaxşı işlər polis əməkdaşları və müəllimlər tərəfindən seçilərək qiymətləndirilib. II, III, IV siniflərdə “Qəzalardan qorunmaq üçün nə etməliyik?”, “Yol hərəkət qaydaları”, “Yol nişanları” mövzusunda açıq dərslər keçirildi. Yuxarı sinif şagirdləri üçün Bakı şəhər DYP İdarəsinin bölmə rəisi, polos polkovniki Vaqif Əsədov təbliğat xarakterli söhbət aparıb, diskusiya keçirib.

Tədbirdə DİN Baş DYP İdarəsinin əməkdaşı, polis mayoru İsa Deystani, Bakı şəhər DYP İdarəsinin polis mayoru Fazil Əfəndiyev, Nəsimi rayon Polis İdarəsinin yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili bölməsinin inspektoru, baş leytenant Faiq Sayadlı da iştirak edib.

 

Emin

QALEREYA
ŞƏRH YAZ
Ad
E-mail
Şərh