Azərbaycanda ilk Jeep tur təşkil edildi – FOTOLAR

Avtobazar 23 İyun 2014 15:13 Oxunub 1857
Azərbaycanda ilk Jeep tur təşkil edildi – FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Jeep təmsilçisi növbəti səfərlərin daha çox macəra ilə dolu olacağını deyir

Avtomobilinin xarakterinə başqalarını inandırmaqda çoxları çətinlik çəkir. Amma Jeep sahibləri yox. Əfsanəvi xarakteri ilə məşhur Jeep-in sahibləri həftəsonu bir araya gəldilər və Azərbaycanda ilk yürüşlərini keçirdilər. Bakı-Qəbələ-Bakı turu Jeep karvanına qoşulan iştirakçılar üçün tanış olmaq, ortaq maraq və hobbilərini paylaşmaq üçün bir vasitə oldu. Kifayət qədər maraqlı proqramla nə üçün məhz belə avtomobil seçdiklərini nümayiş etdirən Jeep sahibləri atıcılıq məharətlərini nümayiş etdirdilər və Qəmərvan kəndi ərazisindəki təbii sıldırımlıqlarda yeni avtomobilləri sınadılar. Jeep sahibləri Qəbələ Tarix Qoruğunda yerləşən açıq səma altında muzeyi də ziyarət etdilər. Yol hərəkəti qaydalarına ciddi riayətlə və dövlət yol polisinin müşayiəti ilə keçirilən yürüş Jeep-çilərə yol boyu sevimli avtomobillərinə başqalarının diqqətini cəlb etmək imkanı verdi. Müxtəlif Jeep modellərinin, xüsusilə, JeepWrangler və Jeep Grand Cherokee-nin müxtəlif variantlarının qoşulduğu karvanda yeni Jeep modelləri də yer almışdı.

Karvana qoşulan jurnalistlər yeni Jeep Grand Cherokee dizel mühərrikli modeli sınaqdan keçirə bildilər. Yürüşdə, Jeep Grand Cherokee sahibi, sevilən müğənni Miri Yusif, prodüser Emin Əfəndi də iştirak edirdi. Azərbaycanda Jeep, Dodge və Chrysler brend direktoru Vüqar Bayramov Jeep avtomobillərinin sahiblərinin xeyli bənzər maraqları olduğunu bildirdi. Bu maraqların Jeep-çiləri daha tez-tez bir araya gətirəcəyinə əmin olduğunu deyən Jeep təmsilçisi növbəti səfərlərin daha çox macəra ilə dolu olacağını qeyd etdi.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh