Pilotsuz “Google” avtomobili yolda uşaq gördükdə...

Avtodünya 2 Noyabr 2015 20:24 Oxunub 1816
Pilotsuz “Google” avtomobili yolda uşaq gördükdə...
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtomobil uşaqları gördükdə yüksək ehtiyat rejimində hərəkət edəcək

“Google” pilotsuz avtomobilinin yaradıcıları bildirib ki, onlar bu avtomobilin kompüter sisteminə uşaqları tanımasını öyrədiblər. İKT.lent.az-ın “Google+”a istinadən verdiyi məlumata görə, avtomobil uşaqları gördükdə yüksək ehtiyat rejimində hərəkət edəcək.

Tərtibatçılar Hellouin bayramı münasibətilə robot, vampir, zombi, şeytan və s. super qəhrəmanların geyimlərini geyinmiş uşaqları öz ofislərinə dəvət ediblər. Kompüter sistemi müxtəlif kostyumlarda olan uşaqların bir çox fiqurlarını yadda saxlayıb. 

Uşaqların yollarda özlərinin aparmasını proqnozlaşdırmaq çox çətindir. Onlar ani an içində yolu keçməyə atılar, sonra yolun ortasında dayanıb yenidən əks tərəfə qaça bilərlər. Bundan başqa, onların boyları alçaq olduqları üçün avtomobili geriyə sürəndə görməmək ehtimalı da yüksəkdir. Ona görə də bundan sonra özü idarəolunan “Google” avtomobili yollarda uşaq gördükdə, bütün yol hərəkəti qaydalarının iştirakçılarından gözlənilə bilən bütün hallara hazır olacaq.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh