Bakıda sərxoş sürücü polisi döydü

Yol polisi 3 Noyabr 2015 00:55 Oxunub 1482
Bakıda sərxoş sürücü polisi döydü
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sərxoş sürücü müayinə zamanı serjant Tariyel Eyyubovu yumruqlayıb

Bakıda maşını içkili vəziyyətdə idarə etdiyi üçün saxlanılan sürücü polisi döyüb. Avtosfer.az musavat.com-a istinadən xəbər verir ki, Xətai rayonu ərazisində Bakı sakini 1976-cı il təvəllüdlü İlqar Abbasovun idarə etdiyi “Audi” markalı avtomobil Dövlət Yol Polisi əməkdaşları tərəfindən saxlanılıb. Polis əməkdaşları sürücünün sərxoş olduğunu müəyyən ediblər. Sürücü müayinə üçün Zığ yolu küçəsində yerləşən Narkoloji Dispanserə aparılıb. Sərxoş sürücü müayinə zamanı Post Patrul Xidməti Bölüyünün serjantı Tariyel Eyyubovu döyüb, ona yumruq zərbəsi endirib. Polis əməkdaşı xəsarət alıb.

Faktla bağlı Xətai Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh