Bakıda qadın polis cinayətkar yaxaladı - VİDEO

Yol polisi 3 Noyabr 2015 23:38 Oxunub 2002
Bakıda qadın polis cinayətkar yaxaladı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
110 kiloluq oğrunu zərərsizləşdirən qadın polis: "Bir fəndlə yerə yıxdım"

Bakıda qadına qarşı soyğunçuluq etmək istəyən şəxs tutulub. 1986-cı il təvəllüdlü Xudadatov Elçin Nadir oğlunu qadın polis serjantı yaxalayıb. Elçin isə qadın polisi tərəfindən yaxalandığını boynuna almır: "Yaşlı qadın gedirdi. Gördüm əlində pul kisəsi var, alıb qaçdım. Bu zaman polis əməkdaşları məni tutdular". 

Müəyyən edilib ki, dünən saat 20:30 radələrində 1955-ci ildə Tovuz rayonunda anadan olmuş Elmira Həsənova naməlum şəxsin hücumuna məruz qalıb. Qadının əlindəki dəri çantada 450 manat nağd pul, bank kartları olub. Oğurluq edən şəxs cüssəli olduğundan, qadın ona müqavimət göstərə bilməyib və qışqırmağa başlayıb. Bu zaman ərazidə olan polis serjantı, 1986-cı il təvəllüdlü Aygün Səmədova səsə reaksiya verərək, naməlum şəxsin  ardınca qaçıb: "Hasarı keçib onun dalınca qaçdım. Ona fənd işlədərək yerə yıxdım. Əlindəki pul kisəsini alaraq qadına verdim. Cinayətkarı isə saxlayaraq polis idarəsinə gətirdim".

Xatırladaq ki, 110 kq çəkisi olan  Elçin Xudadatovun qadın polis serjantı tərəfindən bir fəndlə necə yerə yıxıldığı Nizami Rayon Polis İdarəsinin rəhbərliyini də təəccübləndirib.

Faktla bağlı istintaq idarəsində araşdırma aparılır.

 

APA TV

ŞƏRH YAZ
Ad

E-mail

Şərh