İşdən çıxarıldığı bildirilən rəis müavini danışdı – 302 yerindədir

Yol polisi 4 Noyabr 2015 12:41 Oxunub 2855
İşdən çıxarıldığı bildirilən rəis müavini danışdı – 302 yerindədir
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qəhrəman Qələndərov hazırda iş başında olduğunu bildirib

Dünən Avtosfer.az saytı aznews.az-a istinadən xəbər vermişdi ki, daxili işlər naziri Ramil Usubov Yasamal rayon Polis İdarəsinin Yol Polisi Bölməsinə yeni rəis təyin edib. Sayt yazırdı ki, nazirin əmri ilə bu vəzifəyə polis polkovnik-leytenantı Qəhrəman Qələndərov gətirilib. Qəhrəman Qələndərov Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) rəisi Nuşirəvan Səfərovun müavinidir. Lakin saytın yazdıqlarının əksinə olaraq Qəhrəman Qələndərov Avtosfer.az-a bildirib ki, işdən çıxarılmayıb və heç bir rayona da DYP rəisi göndərilməyib: «Hazırda Bakı şəhər Dövlət Yol Polisi İdarəsinndə işimi davam etdirərəm. Yayılan xəbərin əsası yoxdur».

Qeyd edək ki, bir necə gün öncə Yasamal rayon Yol Polis şöbəsinin rəisi, polkovnik-leytenant Elşad Məmmədovun (millət vəkili Elman Məmmədovun oğlu) tutduğu vəzifədən azad edilməsi barədə məlumat yayılmışdı.

 

Elməddin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh