"Avtoş Əhliman" xəstəxanalıq oldu - Buradan sağ çıxmaq möcüzədir - VİDEO

Avtodünya 4 Noyabr 2015 12:45 Oxunub 2907
"Avtoş Əhliman" xəstəxanalıq oldu - Buradan sağ çıxmaq möcüzədir - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qəza zamanı "VAZ-21015" yararsız hala düşüb

Sabunçu rayonunda avtoxuliqanlıq edən sürücü qəza törədib. APA TV-nin məlumatına görə, hadisə Sabunçu-Zabrat  yolunda baş verib. Şəhər istiqamətində "VAZ-21015" markalı avtomobili ilə sürətlə hərəkətdə olan Əhliman Əhmədov qəfil idarəetməni itirib. Nəticədə qarşı yola çıxan "VAZ-21015" öz yolu hərəkət edən Səxavət Dünyamalıyevə məxsus "Mercedes"ə çırpılıb. Qəza zamanı "VAZ-21015" yararsız hala düşüb, sürücü Əhliman Əhmədov isə xəsarətlər alıb. Yaralı xəstəxanaya çatdırılıb.

Hadisə şahidlərinin sözlərinə görə, "VAZ-21015"-in sürücüsü Əhliman Əhmədov gecə vaxtı yolda avtoxuliqanlıq edib. Sürət yüksək olduğundan, idarəetməni itirib. Nəticədə özü ağır yaralanıb.

Hadisə yerinə yol polisi əməkdaşları gəliblər. Müayinələr aparılıb. Qəzanın səbəbini müəyyənləşdirmək üçün avtotexniki ekspertiza təyin edilib. Faktla əlaqədar araşdırmalar davam edir.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh