Yol qəzasında əlil olan şəxsə kompensasiya verilib

Qaydalar 4 Noyabr 2015 16:22 Oxunub 1704
Yol qəzasında əlil olan şəxsə kompensasiya verilib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
4000 manat məbləğində kompensasiya ödənişi həyata keçirilib

İcbari Sığorta Bürosu (İSB) tərəfindən kompensasiya ödənişi həyata keçirilib. İSB-dən “APA-Economics”ə verilən xəbərə görə, büro tərəfindən 2014-cü il iyulun 31-də saat 20:00 radələrində Saatlı şəhərində baş vermiş yol-nəqliyyat hadisəsində vətəndaşın 1-ci qrup əlilliyə səbəb olmuş ağır dərəcəli xəsarətlər alması ilə əlaqədar 4000 manat məbləğində kompensasiya ödənişi həyata keçirilib. Kompensasiya ödənişi poçt vasitəsi ilə cari ilin noyabrın 4-də köçürülüb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh