Cəlilabad sakini pultla idarə olunan gəmi hazırladı - VİDEO

Maraqlı 4 Noyabr 2015 23:39 Oxunub 1785
Cəlilabad sakini pultla idarə olunan gəmi hazırladı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
150 metrə qədər uzaqlığa gedən gəmi elektriklə doldurulan batareyalar vasitəsi ilə işləyir

Cəlilabadın Həziabad kənd sakini Tofiq Cəfərovun düzəltdiyi motorlu gəmi modeli görənlərin marağına səbəb olur. Dənizçi olan Tofiq Cəfərov bu gəmini 4 aya hazırlayıb. Uzaqdan idarə olunan oyuncaq gəmi xüsusi pərlər vasitəsi ilə hərəkətə gəlir və sağa-sola rahatlıqla dönür.

Oyuncaq gəminin suda batmaması üçün xarici hissəsinin hazırlanmasında yüngül materialdan istifadə olunub.150 metrə qədər uzaqlığa gedən gəmi elektriklə doldurulan batareyalar vasitəsi ilə işləyir.

Tofiq Cəfərov hazırladığı oyuncaq gəmiyə çalışdığı Akademik Mustafa Topçubaşov gəmisinin adını verib. Gənc dənizçi yaxın vaxtlarda eyni mexanizm əsasında işləyən 2 nəfərlik yaxta hazırlamaq niyyətindədir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh