Yol polisindən sərt addım; icra hakimiyyətinin çəkdiyi keçidlər ləğv olunacaq

Yol polisi 5 Noyabr 2015 11:33 Oxunub 1902
Yol polisindən sərt addım; icra hakimiyyətinin çəkdiyi keçidlər ləğv olunacaq
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Kamran Əliyev Bakı şəhər İcra Hakimiyyəti tərəfindən avtobus dayanacaqlarının içinə çəkilmiş piyada keçidlərindən danışdı

Məlum məsələdir ki, Azərbaycanda bələdiyyələr, icra hakimiyyətləri, habelə «Azəryolservis» ASC də yol çəkir. Yol çəkilərkən yol nişanlarının və nişanlanma xətlərinin tətbiqi zamanı bu qurumlar Dövlət Yol Polisi İdarəsi ilə məsləhətləşib dəqiqləşdirmə aparırmı? Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Kamran Əliyev Avtosfer.az-a bildirdi ki, bəzən razılaşdırma olsa da, bəzən bunu etmirlər: «Görürük ki, kimsə öz təşəbbüsü ilə nəsə yaxşı bir iş görmək istəyir, nəsə yenilik etməyə çalışır, amma əslində problem yaradır. Məsələn, iş icraçısı heç özü də yol hərəkəti qaydalarını bilməyə-bilməyə gətirib avtobus dayanacağını piyada keçidi – zebra çəkir. Amma fərqinə də varmır ki, bu, düzgün deyil. Fikirləşir ki, dayanacaqda sərnişin avtobusdan düşür, avtobus gedəndən sonra isə sağa-sola getmədən yolu keçir. Ancan fikirləşmir ki, avtobus gəlib həmin xəttin – piyada keçidinin üstündə dayanırsa, özü qaydanı pozur.  Digər tərəfdən, avtobusdan düşən sərnişin əksər hallarda avtobusun getməsini gözləmir, ya arxasından, ya da qabağından keçir. Bu da sözsüz ki, qəza şəraiti yaradır. Üstəlik, sürücülərin özündə də qıcıqlanma yaranır ki, xətt haradadır, piyada isə xəttən ya 5 metr qabaqdan, ya da arxadan yolu keçir».

Kamran Əliyev əlavə edib ki, haradasa xətt çəkilirsə, nişan qoyulursa, ilk növbədə Nazirlər Kabineti yanında Yol Hərəkəti üzrə Təhlükəsizlik Komissiyasının qərarı olur və diqiq yer müəyyənləşdirilir. 

 

Elməddin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh