Metronu yeməkxanaya döndərdirlər – VİDEO

Maraqlı 5 Noyabr 2015 15:52 Oxunub 1432
Metronu yeməkxanaya döndərdirlər  – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu aksiya ac metro istifadəçilərinin ürəyincə olub

Parisin mərkəzində metro stansiyasını kulinariya mərkəzinə döndərdilər. Avtosfer.az  atv.az-a istinadən xəbər verir ki, Fransanın paytaxtında metro sərnişinləri gözləmədəkiləri mənzərə ilə qarşılaşıb. Ölkənin ən nüfuzlu aşpazları platformada yeməklər hazırlayaraq sakinlərə təqdim edib. Burqundiyada fəaliyyət göstərən məşhur restoranın aşpazı Patrik Bertronun təşəbbüsü ilə gerçəkləşdirilən aksiyaya onun bir sıra tanınmış həmkarları da dəstək verib. Sərnişinlər  nüfuzlu aşpazların iştirakı ilə hazırlanan müxtəlif təamların dadına xərcə düşmədən baxa bilib. Bu aksiya heç şübhəsiz ac metro istifadəçilərinin ürəyincə olub.

Bəs niyə əziyyət çəkib bişirdikləri yeməkləri baha qiymətə restoran müştərilərinə satmaq varkən, bu aşpazlar  pulsuz ziyafət vermək üçün metroya üz tutub. Patrik Bertron deyir ki,  burda məqsəd insanların metroya olan yanaşmasını dəyişməkdir.

Məşhur aşpazların hazırladığı bir-birindən ləziz təamların dadına baxmaq bəziləri üçün əlamətdardır. Elələri var ki, indiyədək bu yeməklərdən ümumiyyətlə yeməyib.

Sərnişinlər bu cür aksiyaların davam etdirilməsində maraqlıdır. Sadəcə ona görə yox ki, yeməklər pulsuz verilir, həm də metronun abhavası müsbətə doğru ciddi şəkilə dəyişir. İkinci bir tərəfdən bu aksiya restoranların nüfuzunu artırmaq məqsədi də güdür. Çünki metroya tələsən insanlar çox vaxt fast-fud yeməkləri ilə özlərini doyurur, restorana getmək fikrindən daşınır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh