Deputat oğlu Bakı şəhər DYP-nin rəis müavini təyin edilib

Yol polisi 5 Noyabr 2015 15:55 Oxunub 6213
Deputat oğlu Bakı şəhər DYP-nin rəis müavini təyin edilib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Elşad Məmmədov millət vəkili Elman Məmmədovun oğludur

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin yeni rəis müavini təyin edilib. Avtosfer.az apa-ya istinadən xəbər verir ki, bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb. Əmrə əsasən, polkovnik-leytenant Elşad Məmmədov Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin rəis müavini vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, bir neçə gün əvvəl Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin rəis müavini Qəhrəman Qələndərov tutduğu vəzifədən azad edilərək Yasamal rayon Polis İdarəsinin Yol Polisi Bölməsinə rəis təyin edilib. Lakin Q.Qələndərov bu xəbəri təkzib edib.

Elşad Məmmədov millət vəkili Elman Məmmədovun oğludur.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh