Polis və hərbçilərə pensiya ilə bağlı ŞAD xəbər

Yol polisi 6 Noyabr 2015 13:24 Oxunub 27465
Polis və hərbçilərə pensiya ilə bağlı ŞAD xəbər
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hərbi qulluqçuların pensiyaya çıxması ilə bağlı 30 yaş söhbəti yalandır

«Hərbi qulluqçuların güzəştli şərtlərlə pensiyaya çıxması üçün tələb olunan xidmət müddətinin 30 ilə qaldırılması nəzərdə tutulmur». Bunu Avtosfer.az-a Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev bildirib. Son vaxtlar hərbi qulluqçuların güzəştli şərtlərlə pensiyaya çıxması üçün tələb olunan xidmət müddətinin 20 ildən 30 ilə qaldırılması barədə yayılan informasiyalara aydınlıq gətirən fond sədri bildirib ki, silahlı qüvvələrdə və daxili işlər orqanlarında çalışan hərbi qulluqçular və xüsusi rütbəli şəxslərin güzəştli şərtlərlə pensiyaya çıxması üçün tələb olunan xidmət müddətinin 30 ilə qaldırılması nəzərdə tutulmur. "Bu təklif ilkin mərhələdə nəzərdən keçirilən müxtəlif variantlardan biri idi və hazırda müzakirə olunmur", - deyə E.Mehdiyev bildirib. E.Mehdiyev eyni zamanda islahat tədbirləri çərçivəsində demoqrafik göstəricilərin, o cümlədən ömür uzunluğu göstəricisinin pensiya sisteminə təsirinin tənzimlənməsi zəruriliyini önə çəkərək bildirib ki, hazırda silahlı qüvvələrdə və daxili işlər orqanlarında çalışan hərbi qulluqçular və xüsusi rütbəli şəxslərin güzəştli pensiya təminatı üçün tələb olunan xidmət müddətinin 25 ilə çatdırılması məsələsi nəzərdən keçirilir: "Təklif qəbul edilərsə, bu qaydalar pensiyaya çıxmış şəxslərə şamil edilməyəcək və onların pensiyası gələcəkdə yenidən hesablandıqda təyinat tarixinə tətbiq olunmuş əvvəlki qayda tətbiq ediləcəkdir. Buna görə də təyin olunmuş pensiyaların gələcəkdə məbləğinin dəyişməsi barədə narahatçılığa heç bir əsas yoxdur".

 

Elmin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh

Rovshan 8 Noyabr 2015 09:54
Maraqlidir yeqin herbi qulluqcular 23 e catanda pensiya ilini 30 edecekler. Mence bu konstitusiyadaki mecburi ishletmeye aiddir. Camaatin pulunu vermemeyin derdinden pensiya ilini artirirlar. Axirdada olur intellektual idareetme.Bu deyishiklik olsa bele mentiqli ve insafli insanlar onu qanun qebul olunduqdan sonra herbi qulluqcu statusu alanlara shamil etmelidirler.