İri şəhərlər üçün yeni qayda - sürətli yeriş zolağı

Maraqlı 7 Noyabr 2015 11:01 Oxunub 1643
İri şəhərlər üçün yeni qayda - sürətli yeriş zolağı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Sürətli yeriş zolaqları” layihəsi daha çox gənclərin ürəyindən olub

İngiltərədə aparılan sorğu göstərib ki, əhali ən çox küçələrdə asta yerimək məcburiyyətində qalmalarından şikayətçidir. Şikayətçilər alış-veriş mərkəzlərinin çoxluğu üzündən yeriməyin çətin bir prosesə çevrildiyini dilə gətiriblər. Odur ki, Liverpul şəhərində yeni yol qaydası müəyyənləşdirilib. Belə ki, şəhərin müəyyən hissələrindəki səkilərdə “sürətli yeriş zolaqları”nın çəkilməsinə qərar verilib. Beləliklə, telefonla danışan və ya mağazaların vitrinlərinə baxan bekar insanlar tələsənlərin işinə mane olmayacaqlar.

“Sürətli yeriş zolaqları” layihəsi daha çox gənclərin ürəyindən olub. Belə ki, keçirilən sorğuda layihəni gənclərin 69 faizi bəyəndiyini deyibsə, yaşı 55-i keçənlərin sadəcə 37 faizi dəstəkləyib.

 

 

Fidan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh