Gecə 2-də qızları maşına mindirən oğlan onları ələ salıb qovdu - VİDEO

Maraqlı 9 Noyabr 2015 01:32 Oxunub 5424
Gecə 2-də qızları maşına mindirən oğlan onları ələ salıb qovdu - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Rəfiqəsini bahalı avtomaşından qovan qızın özünü də oğlan alçaldıb

Qriqori adlı rusiyalı milyonçu gənc növbəti dəfə qızları ələ salıb və videonu sosial şəbəkələrdə yayıb. Onun bu videosu da bundan əvvəlkilər kimi geniş müzakirələrə səbəb olub. Qriqori bahalı avtomaşınla yolda dayanıb. O, yanından keçən iki qıza yaxınlaşaraq onları kofe içməyə dəvət edib. Sonra qızlardan birinə onunla tək getmək istədiyini deyərək, qızdan rəfiqəsini yola salmasını istəyib. Qız da iki dəqiqə tanış olduğu oğlana görə rəfiqəsini maşından düşürdüb. Rəfiqəsini maşından düşürüb yola salan qıza oğlan, «Siz nə vaxtdan rəfiqəsiz»-deyə, soruşub. Qız isə «uşaqlıqdan» cavabını verib. Oğlan "Sən iki dəqiqə bundan qabaq tanış olduğun oğlana görə uşaqlıq rəfiqəni bu vaxt küçəyə atdın. Onu tək qoydun. Bağışla, bizdə alınmayacaq. Çox xahiş edirəm, maşınımı tərk elə» - deyib.

Avtosfer.az sfera.az-a istinadən həmin videonu təqdim edir:

ŞƏRH YAZ
Ad

E-mail

Şərh