Yol polisində mühüm dəyişikliklər – rəis və 500 dəyişdi

Yol polisi 9 Noyabr 2015 22:33 Oxunub 9702
Yol polisində mühüm dəyişikliklər – rəis və 500 dəyişdi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Nazir Ramil Usubovdan yol polisinə mühüm təyinatlar

Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun müvafiq əmrlərinə əsasən Bakıda yol polisi sistemində rəhbər vəzifələrə yeni təyinatlar olub. Avtosfer.az milli.az-a istinadən xəbər verir ki, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi polis polkovnik-leytenantı Fərhad Eyyubov Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin rəis müavini vəzifəsinə təyin edilib. Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölük komandiri, polis mayoru Cəmşid Hənifəyev Bakı şəhər Səbail rayon Polis İdarəsinin Yol Polisi Şöbəsinin rəisi təyin edilib.

Yasamal Rayon Polis İdarəsinin Yol Polisi Şöbəsinin rəisi, polkovnik-leytenant Elşad Məmmədov isə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının bölük komandiri vəzifəsinə təyin edilib. Həmin İdarədə rəis müavini işləmiş polis polkovnik-leytenantı Qəhrəman Qələndərov Yasamal Rayon Polis İdarəsinin Yol Polisi Şöbəsinə rəis təyin olunub.

Avtosfer.az bildirir ki, rəis müavini təyin olunan Fərhad Eyyubov baş nazirin müavini Yaqub Eyyubovun oğludur.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh