Geriyə dönmək istəyən sürücü nə etməlidir? - YENİ SUAL

Yarışma 10 Noyabr 2015 10:00 Oxunub 3242
Geriyə dönmək istəyən sürücü nə etməlidir? - YENİ SUAL
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Öyrənək, öyrədək!

Avtosfer.az bu həftənin yeni sualını təqdim edir. Yol hərəkətinə dair biliklərini sınamaq istəyənlər üçün budəfəki sualımız nizamlanan yolayrıcını keçmə qaydaları ilə bağlıdır. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov tərəfindən hazırlanan sual belədir:

Geriyə dönmək istəyən minik avtomobilinin sürücüsü nə etməlidir?

A) Sağa dönən avtobusa yol verdikdən sonra dönməlidir;

B) Avtobusa yol vermədən ilk olaraq dönməlidir;

C) Bu vəziyyət qaydalarla tənzimlənmədiyindən sürücülər öz aralarında anlaşmaya uyğun hərəkət etməlidirlər.

Qeyd edək ki, sualın sponsoru «Mutlu» akkumulyatorlarıdır. Suala ilk və doğru, daha əhatəli cavab verən şəxs «Mutlu» akkumulyatoru qazanacaq.

Xüsusi QEYD: Xahiş edirik ki, cavabları yalnız sualların altındakı xanada və ya facebook bölməsində yazasınız.

«Mutlu» haqqında:

«Mutlu» akkumulyatorları 1955-ci ilden beri istehsal olunur. Dünya bazarında rəqabət, istehsal və xidmətdə keyfiyyəti ön plana çıxaran Mutlu akkumulyatorları dünyanın 30 ölkəsinə ixrac olunur. İxracat Avropa, Türk birliyi və MDB-nin qabaqcıl ölkələrinə üstünlük təşkil edir. Azərbaycanda isə bu akkumulyatorların rəsmi distribyutoru "Avtokrat" MMC – dir.

Dünyanın "Mercedes", "Toyota", "Hyundai", "Ford", "Opel", "Renault", "İsuzu", "Fiat" kimi böyük avtomobil istehsalçıları avtomobillərin ilkin komplektləşməsi üçün yüksək keyfiyyət göstəricilərinə və dünya bazarına uyğun texnologiya seçimi ilə seçilən MUTLU akkumulyatorlarını seçirlər.

«Mutlu» şirkəti İSO 9001, İSO14001, QS 900 və Azərbaycan Respublikasının Standartlaşdırılma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Uyğunluq Sertifikatına malikdir.

Azərbaycanda təqdim olunan Mutlu akkumulyatorlarının rəsmi distribyutoru "Avtokrat" MMC-nin Bakı şəhərində 2 servis, 200-dən çox satış məntəqələr i, Şimal və Qərb bölgələrinin dilerlik satış məntəqələri fəaliyyət göstərir. Müştəri məmnuniyyətini keyfiyyətilə qazanmış MUTLU akkumulyatorları müştərilərinə servis və 24 aylıq zəmanət xidməti təqdim edir.

İldə 5 milyondan artıq akkumulyator istehsal edən Mutlu akkumulyatorları Türkiyə Respublikasında idxal və ixraca görə ilk sırada gəlir. Dünyanın 3 qitəsini əhatə edən Mutlu akkumulyatorları Azərbaycanda çox qısa müddətdə bazarın 20%-i əldə edib. Mutlu akkumulyatorlarının Azərbaycanda rəsmi distribyutoru "Avtokrat" MMC Azərbaycanın qabaqcıl dövlət və özəl sektorlarıyla əməkdaşlıq edir. "Procter and Gamble", "Azal", "Azpetrol", "Azərkörpü", "Socar", "Azərsun Holding", "Honda", "Toyota" kimi şirkətlər bizimlə əməkdaşlıq edir.

Ən keyfiyyətli xidməti, ən sürətli şəkildə həyata keçirən "Avtokrat" MMC şirkəti sizinlə də əməkdaşlığa ümid edir.

Öyrənək, öyrədək!

 

Avtosfer.az

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh

Elcin Ayvazov 10 Noyabr 2015 23:43
Cavab b avtobusa yol vermeden donmelidit
elnur 10 Noyabr 2015 23:06
cavab a
Emin 10 Noyabr 2015 14:35
Minik avtomobilinin sürücüsü işıqforun əlavə seksiyasında geriyə döndüyü üçün o digər hərəkət iştırakçılarına yol verməlidir. Sola dönməyə icazə verən nişan geriyə dönməni qadağan etmir.Cavab : A Sağa dönən avtobusa yol verdikdən sonra dönməlidir;
Orxan Mahmudov 10 Noyabr 2015 13:35
C variyant
Zaur Mammadov 10 Noyabr 2015 12:14
Cavab A-dir. Minik mashininin surucusu ishiqforun elave seksiyasinda yanan sola donme icazesini nezere alib, geri donush ede biler. Bu halda o, donmekde olarken avtobus onun sagina dushecek. Qaydalara gore, sagi buraxib donmelidir. Ona gore de yol avtobusundur.
Tebriz Yusubov 10 Noyabr 2015 11:32
B variantı
Hasan Sultanov 10 Noyabr 2015 10:18
A Sağa dönən avtobusa yol verdikdən sonra dönməlidir;